top of page

Eşitmə Aralığı

  • Hikmət
  • 23 Nis 2016
  • 2 dakikada okunur

Xəbərdarlıq: Yüksək gürluqda deyil amma yüksək tezlikdə səslər eşidəcəksiniz. Bu, bəzi insanlar üçün narahat edici ola bilər və kimi vəziyyətdə miqren kimi (başın bir nadir hallarda hər iki hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlik) baş ağrılarını başlada bilər. Bu səbəbdən cihazınızın ( başqalarını narahat etməmək üçün qulaqcıq tövsiyə olunur) səs səviyyəsini nizamlamanızda fayda var. Əlavə olaraq monitor boyunca dəyişən işıq dalğaları görəcəksiniz, bu da epilepsiya xəstələri üçün problem yarada bilər. Öz rislinizlə izıəyin !

Homo sapiens növünün eşitmə aralığı gürluq baxımından 0-150 desibeldir, tezlik baxımındansa 20-20000 Hertz ( "hörtz" deyə oxunar, qısaltması: Hz) olaraq təyin olunar. Gürluq ümumiyyətlə bütün insanlarda eyniykən, tezlik mövzusunda hər xüsusiyyətdə olduğu kimi bir müxtəliflik vardır. Yəni 20.000 Hz üst sərhədi ilə 20 Hz alt sərhədi bir orta göstəricidir, turumuzun içərisindəki fərdlərdə bu aralıqlar dəyişə bilər ki vəhşi təbiətdə, təbii seçmənin təsir etdiyi müxtəliflik də budur. Unutmayın ki bu dəyərlər bu vaxta kimi müşahidə olunan maksimal göstəricilərdir və orta insanlarda bu üst sərhəd, 20.000'in olduqca altındadır. Səs gürluğu baxımından 0 desibel 20 mikropaskallıq bir təzyiqə bərabərdir. Bu, son dərəcə aşağı şiddətli səslər deməkdir; ancaq hələ də duya bilərik. 160 desibel kimi dəyərlər isə, sözün tam mənasıyla qulaq zarınızı parçalaya bilən miqdarda təzyiqə sahib səslərdir. Məsələn bir raket atılması əsnasında raketin dərhal yanında olacaq olsanız, qulağımız üçün nəhəng olan bu təzyiq dəyərlərinə çata bilərsiniz. 140 desibeldən etibarən qulaqlarınızın ağrıdığını hiss edərsiniz.

Bu videoda, 0 Hz ilə 20000 Hz arasını eşidəcəksiniz. Normalda gənc bir insan fərdi bu aralığın ən azından 20.000 Hzə qədər olan hissəsini asanlıqla eşidə bilər. 20-25 yaşdan etibarən bu üst sərhəd 15.000 Hzə qədər azalır. Əgər ki 10.000 Hz ətrafında və sonrasında səsləri eşidə bilmirsəniz, bir lor həkiminə müraciət etməniz tövsiyə edilir. Bu vaxt söyləməkdə fayda var: Dünya üzərində, dəniz səviyyəsində və ortalama 22 santigrat dərəcədə səsin çata biləcəyi maksimum tezlik 3.400.000.000 Hz ətrafındadır. Bu səbəbdən var olan səs tezliyi yanında bizim eşidəbildiklərimiz az qala bir heç. Ancaq təkamül müddətdə qulaqlarımız, bizə təbii şərtlərdə çatacaq bir problem yaratmayacaq şəkildə adaptasiya oldular. Buna görə bizə bəs edir; ancaq gerçəkdə olana nisbətən az qala heç bir şey eşitmirik.

Bir digər tesdə də buraya tıklayaraq yoxlaya bilərsiniz. Bu test, yüksək tezlikdə aşağı tezliyə doğru gəlməkdədir. Bu səbəbdən duymağa başladığınız nöqtəni təsbit edərək üst sinirinizi daha asan anlaya bilərsiniz. Videoda verilən ölçüyə görə aşağıdakı şərhlər edilə bilər:

20.000 Hz: İtlər, yarasalar eşidə bilər. Orta hesabla insanın eşitməsi çətindir. 19.800 Hz: Maximal səviyyə eşitmə bilmə bacarığıdır. 18.000 Hz: inanılmaz səviyyədə yaxşı eşitmə bilmə bacarığıdır. 17.000 Hz: Müdhiş səviyyədə yaxşı eşitmə bilmə bacarığıdır. 16.000 Hz: Çox yaxşı səviyyədə eşitmə bilmə bacarığıdır. 15.000 Hz: Əhəmiyyətli səviyyədə yaxşı eşitmə bilmə bacarığıdır. 14.000 Hz: Yaxşı eşitmə bilmə bacarığıdır. 13.000 Hz: Orta səviyyədə eşitmə bilmə bacarığıdır. 12.000 Hz: Kafi səviyyədə eşitmə bilmə bacarığıdır. 11.000 Hz: Zəif eşitmə bilmə bacarığıdır. 10.000 Hz: Yaşlı insanların sahib olduğu eşitmə bilmə bacarığıdır. 8.000 Hz: Yaşlı döyüş veteranlarına görülən korlaşmış eşitmə bilmə bacarığıdır. 6.000 Hz: Normal bir eşitmə səviyyəsi deyil.

Mənbə: HyperTextbook

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags
Follow Us
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

Elm və Tanrı

© 2015 Bütün Hüquqlar Qorunur         

  • Facebook Clean Grey
  • Twitter Clean Grey
  • LinkedIn Clean Grey
bottom of page