top of page

Çarlz Robert Darvinin Həyatı və Təkamül Nəzəriyyəsinin İnkişafı

  • Hikmət Həmdullayev
  • 7 Mar 2016
  • 13 dakikada okunur

Çarlz Darvin

Çarlz Robert Darvin 12 Fevral 1809-cu ildə Şrusberi, İngiltərədə həkim atası Robert Erazm Darvin və Anqlikan kilsəsinə bağlı qatı xristian Suzannah Darviniin oğlu olaraq doğuldu. Darvin olduqca hörmətli bir ailədə doğulmuşdur. Qısaca, kübar cəmiyyətin "içərisində" doğulduğunu deyə bilərik. 1817-ci ilin iyun ayında 8 yaşlı Darvinin anası Suzannah Darvin vəfat etdi.

Darvin ilk olaraq atası tərəfindən tibb oxumağa məcbur edildi və Edinburq Universitetində təhsilini davam etdirməyə başladı. Universitetdəki ilk dərsini 26 oktyabr 1825-ci ildə tarixində aldı və universitet yaxınlığında, 11 Lothian küçəsində yaşayırdı. Fərdi olaraq təbiət tarixinə, miniciliyə, ovçuluğa və kolleksiya toplamağa maraq duyurdu. Bu maraq ona həyatı boyunca bir çox fayda verdi. 1826-cı ilin iyununda Dr. Robert Qrant ilə tanış oldu və beləcə Lamarkın təkamül fikirlərini öyrənməyə başladı. Daha sonra Qrantın yönləndirilməsi ilə 1826-cı il 10 noyabrda o zamankı tanınmış elm birliyi Plinean Cəmiyyətinə daxil edildi.

Bir müddət sonra tibbin onun üçün olmadığını anladı, ancaq tibb universitetində olduğu müddətdə çox şey öyrənmiş və ilk elmi tapıntılarını nəşr etməyə başlamışdı. Hətta, gənc yaşında Avropanın ən böyük təbiət tarixi muzeyləriylə işə başlamışdı. Ancaq tibb dərslərinə qatılmırdı və üzərində işləmirdi. Onsuz da maraqsız olduğu tibbdən ayrılması maraqlı bir hadisə ilə baş verdi: O dövrdə pul qazanmaq üçün kasıb insanlar olduqca maraqlı işlər görürdülər. Bunlardan biri də cəsəd qaçırmaq idi. Gizlicə məzarları qazıb cəsədləri götürən insanlar bu cəsədləri tibb universitetlərinə satırdılar. Darvinin Şrevsburidəki evlərində xidmətçi olaraq işləyən bir qadının oğulu və Darvinin yaxın dostu olan Cek Edinburqda bir tərəfdən limanda gəmilərə mal yükləyib boşaltmaqda, bir tərəfdən də cəsəd qaçaqçılığıyla məşğul olmaqda idi. Bir gün bu işi edərkən tutulan Cek Darvinin gözləri qarşısında edam olunanda Darvin tibb universitetinə davam edə bilməyəcəyini anladı və tibb ilə əlaqəsini tamamilə kəsdi.

Tibbə olan bu maraqsızlığına əsəbiləşən atası Darvini Kembricdəki bir kilsə kollecinə (Christ's College) göndərdi. Atası Robert bütün qardaşları olduqca müvəffəqiyyətli şəkildə məktəblərinə davam edərkən Çarlzın bu maraqsızlığına kədərlənirdi və bir dəfə Darvinə qışqıraraq "Sən bu ailənin üz qarasısan. Bütün gün o axmaq kolleksiyanla və digər boş işlərinlə maraqlanırsan. Sən heç bir işə yaramazsan!" demişdi. Bu Darvinə çox pis təsir etmiş olmalı idi ki, bir neçə məktubunda bu mövzunu gündəmə gətirərək atasını xatırlayaraq dərin kədərini ifadə etmişdi. Amma atası Robert hər nə qədər bəzi mövzularda gərgin olsa da uşaqlarına qarşı hər zaman dərin bir sevgi bəsləmiş və buna görə Çarlz Darvin də ömürü boyunca atasına özünə belə qışqırdığı üçün hirslənə bilməmişdir.

Carlz Christ's Kollecdə teologiya (indiki vaxtda heç bir etibarlılığı olmayan tərifiylə "din elmi" deməkdir) üzərinə işə başladı və Tanrının necə bütün canlıları tək-tək və möhtəşəm bir şəkildə yaratdığını araşdırdı, çünki məktəbdə verilən təhsil bunun üzərinə idi və xristian olan Darvinin marağını çəkirdi. Kollecində bir biologiya professoru ya da o zamanki adı ilə "təbiət teoloqu" olan Con Stevens Henslo (1796-1861) ilə tanış oldu və bu sayədə zoologiya və coğrafiyaya olan marağının təməlləri atılmağa başladı. Henslo ilə araları o qədər yaxşı idi ki, dərs aralarında belə məktəbin bağçasında birlikdə gəzir və təbiət üzərinə danışıqlar aparırdılar. Məktəbdəki yoldaşları Darvinə "Hensloyla gəzən adam" ləqəbini qoymuşdular. Henslo ilə xüsusilə, keçmişdə yaşamış ancaq indiki vaxtda yaşamayan, qalıqlaşmış canlıların (palentoloji qalıqların) vəziyyətləri üzərinə müzakirə etmişlər və Henslou Darvinə bu növlərin niyə dünyada bir zamanlar var olub da indi var olmadıqlarını heç cür anlaya bilmədiyini, ancaq mütləq Bibliya ilə uyğunlaşan bir səbəbi olması lazım olduğunu demişdi. Hensloudan öyrəndikləri nəticəsində Tanrının təbiət qanunlarına müdaxiləsi nəticəsində yaranan adaptasiyalarla bağlı bir yazı nəşr etdi. Daha sonra bir geologiya professoru olan Adam Seqvik (1785-1873) tərəfindən öyrədildi. Darvin olduqca ağıllı biriydi və möhtəşəm bir müşahidə gücünə sahib idi. Özünü öyrədən Seqvik ilə birlikdə bu günki Hollandiya torpaqlarında gəmiylə 14 gündən bir səfərə çıxdı və elmi elmin doğulduğu yerdə yəni "təbiətin içində" öyrənməyə davam etdi.

Darvin 1831'ci ildə Kembric Universitetinin ilahiyyat fakültəsini bitirdiyi vaxtda professor Henslo ona dünya səyahətinə çıxmaq kimi çox faydalı bir təklif etdi. Henslo Darvindən bu gəzintiyə çıxaraq Bibliyanın ilk qisimini, "Yaradılış"ı isbat etməsini istəyirdi. İngiltərə hökuməti 5 illik dünya ekspedisiyası təşkil etmişdi. Bu ekspedisiyada məqsəd Cənubi Amerika Pataqoniyanı, Odlu Torpağı öyrənmək, Çili, Peru, Sakit okean adalarının sahillərini tədqiq etməkdən ibarət idi. İlk dəfə Henslo belə məsuliyyətli işi Darvinə təklif edərkən o, təvazökarlıqla bu işə hazır olmalıdığını bildirmişdi. Darvin hələ uşaqlıqdan dünya səyahəti haqqında fikirləşirdi. Xüsusilə, Humboldtun əsərləri ona bu sahədə çox böyük təsir göstərmişdi.

Robert Fist-Royl (1805-1865) Hollandiyadan qayıtdıqda evindəki masasında 2 il davam edəcək olan bir araşdırma səfəri üçün kapitanı olduğu " Beagle" (Axtarış) adlı gəmisində iştirak etməyə haqq qazandığına dair Henslodan gələn məktubu gördü. Henslo Darvini ilk dəfə Fist-Roylla tanış etdikdə Darvinin burnu kapitanın xoşuna gəlməmişdi. Güya, belə burnun sahibi olan insanlarda zəhmətə, ağır işlərə davamlılıq, ardıcıllıq ola bilməz. Sonra isə Henslo Darvini bu iş üçün yaranan bir adam olmasını kapitana inandıra bilmişdi. Darvinin dünya səyahətinə çıxmasında ikinci maneə atasının ona razı olmaması idi. Lakin atası Darvinə son sözündə: "Əgər bir ağıllı adam sənə səyahətə çıxmağı məsləhət görsə mən buna razı olaram" demişdi. Darvin atasının çox hörmət etdiyi və "dayı" adlandırdığı Cozah Vecvundun yanına getmiş və atasından razılıq almasını xahiş etmişdir. Robert Darvin Vecvundun xahişini yerinə yetirmiş, Ç.Darvinə dünya səyahətinə çıxmasına icazə vermişdi. Bir gün Darvin ova çıxmaq istəyərkən dayısı ona həmin şad xəbəri verir. Atasının razılığını alan kimi Darvin Kembricə - dostu və müəllimi Henslonun yanına yola düşür və bu şad xəbəri ona da bildirir. 23 yaşlı Fist-Roylla Darvinin dostluğu belə başlayır. Kapitan yola nə götürmək lazım gəldiyini və səyahətin nə qədər xərc götürəcəyini Darvinə xəbər verir. Nəhayət, nəhəng okean gəmisi Beagle 1831'ci il dekabrın 27'də İngiltərə sahillərindən uzaqlaşıb dünya səyahətinə yola düşür.

Gənc Darvin istedadlı bir adam olsa da, gəmiyə minərkən çox həyacan, sıxıntı keçirirdi. Darvini yola salmağa gələn Henslo, ona Çarlz Layyelin "Geologiyanın əsasları" adlı əsərini verir və bundan istifadə etməsini məsləhət görür. Darvin sonra bu kitab haqqında yazırdı: "Bu kitab mənə çox böyük fayda verdi... İlk tədqiqata başlayarkən məndə belə bir inam əmələ gətirdi ki, Layyelin əsas nöqteyi-nəzəri bütün başqa əsərlərin müəlliflərinin nöqteyi-nəzərindən üstündür".

Darvinin çıxdığı dünya səyahətinin marşrutu belə idi : "Biqql" 1831'ci ildə Cənubi Amerikanın şərq sahilini öyrənir. Darvin Santyaqo və Yaşıl Burun adalarını tədqiq edir. Gəmi 1832'ci ildə Rio-de-Janeyronu, sonra Montevideo və Buenos-Ayresi öyrənib cənuba doğru hərəkət edərək. Odlu torpağa çatır 1833'cü ilin avqustunda yenə şimala doğru hərəkət edərək Bayya Blanka körfəzində dayanır. 1833'cü ilin dekabrında gəmi cənubi Pantoqoniya sahillərinə doğru üzməyə başlayır. Sonra Odlu torpağın yanından keçərək Cənubi Amerikanın qərb sahilləri ilə şimala doğru gedir. Burada isə Peru və Çilini gəzir.

Darvin Beagle ilə dünyanın bir çox yerini gəzərək müşahidələr etdi, canlı nümunələri yığdı. Gördüyü hər şeyi detallı olaraq qeyd etdi və başında yavaş-yavaş meydana gəlməkdə olan bir fikir üçün bəzi

fərziyyələri oldu. Tez-tez məqalələr yazaraq ailəsinə göndərdi. Hər nə qədər dəniz onu tutsa da (FitzRoy onu "dəniz tutmalarına gəmiçilərdən belə yaxşı dözən biri" olaraq xarakterizə etmişdi) olduqca müvəffəqiyyətli müşahidələr apardı və yalnız geologiya mövzusunda mütəxəssis olan biri olaraq biologiya mövzusunda da özünü inkişaf etdirməyə başladı. Araşdırmalarına dəniz qabıqlılarını, məməliləri, onurğalıları və bir çox heyvan və bitki dəstə və növü daxil idi. Gördüyü hər şeydən mənalar çıxara biləcək qədər diqqətli bir müşahidəçi və çox ağıllı idi. Quşlardan dəniz qabıqlılarına qədər bir çox heyvanı və heyvan növünü araşdırdı. Bu növlərin fərqli coğrafiyalardakı fərqli xüsusiyyətləri diqqətini çəkdi. Darvin ilk dəfə Keyptaunda canlıların var olmasının "möcüzəvi" olduğunu düşünmənin canlıların müxtəlifliyini heç hesab edən bir ifadə olduğunu yazılarında ifadə etdi. Bütün bunlardan aydın ola biləcəyi kimi Darvin təbiətə açılıb Dünyanın dörd bir tərəfini gəzərək Yaradılışa dair ipuclarını axtarışa başlayana qədər həqiqətən bir inanclı idi və HMS Beagle ilə səfəri tamamlanana qədər də hər nə qədər fikrində nəzəriyyəsi (ya da o etapda fərziyyəsi) yavaş-yavaş inkişafa başladısa da qüvvətli bir inanclı olaraq qaldı. Lakin Darvin bu gəzintilər əsnasında və saysız canlı üzərində etdiyi müşahidələrdə bizlərin bu qədər yazıda izah etməyə çalışdığımız bəzi şeyləri fərq etdi: Canlılar həqiqətən də yalnız həyatda qalmaq və törəmək üçün var olurdular. Üstəlik bəzi canlılar törəmələrinə və ekoloji şərtlərə görə növdən-növə fərqli xüsusiyyətlər qazana bilirdi. Və bu tapıntı onu son suala apardı: Eyni quş cinsinin bənzər növləri belə fərqli iki adada nəsildən-nəsilə bu qədər fərqli xüsusiyyətlər qazana bilirlərsə, indiki vaxtda yaşayan bu qədər canlı da daha əvvəlki növlərin bir-birindən ekoloji və fiziki faktorlara görə fərqliləşərək meydana gəlmiş ola bilərdilərmi ? Bu sual və qaçınılmaz cavabı Darvinin həyatını dəyişdirəcəkdi. 2 il davam etməsi planlanan araşdırma tam 5 il davam etmişdi və 2 Oktyabr 1836-ci ildə sona çatdı. "Beagle"də etdiyi müşahidələr onda bir çox yeni fikri doğurmuşdu. Bu fikirləri ifadə etməkdən çəkinsə də inanılmaz bir nəzəriyyənin eşiyində idi. Əvvəlcə, Qalapaqos adalarındakı quşların hesab edildiyinin əksinə eyni növdən deyil, fərqli növdən olduqlarını iddia etdiyi bir məqalə nəşr etdi. Buna şiddətli bir reaksiya gəldi və Qalapaqos adalarındakı quşların yalnız eyni növlərin fərqli variasiyaları olduğu mövzusunda israr edildi. Darvin bunun səhv olduğunu düşünmək bir yana səhv olduğunu bilirdi. Darvin Qırmızı Dəftər adını verdiyi dəftərində 1837-ci ilin mart ayında ilk dəfə "bir növün bir başqa növə dəyişə biləcəyi" mövzusunda, bir məqalə yazdı. Bu məqaləsində əfsanəvi "Təkamül Ağacı"nın sadə bir şəklini də əlavə etdi:

Bu nöqtədən sonra Darvinin həyatı dəyişməyə başladı. Düşüncələri və nəzəriyyəsi genişlədikcə və öz müşahidələriylə və elmi tapıntılarıyla gücləndikcə canlıların tək-tək və ayrı olaraq yaradılmadığı, təkamüllü bir müddət içərisində ayrı-ayrı inkişaf etdikləri və bu günki müasir canlıları meydana gətirdikləri mövzusunda dəqiq fikrə gəlməyə başladı. Tapıntılar qüsursuz idi və fərziyyəsi bir çox tapıntıyla dəstəkləniyirdi. Bu tapıntıları və müşahidələri səbəbiylə onsuz da itirməkdə olan dini inancını (Tanrı inancını deyil!) yox etməyə başladı. Çünki gördü ki, insanların inandıqları gerçək deyildi. Gördü ki, heç bir canlı İncildə izah edildiyi kimi Tanrı tərəfindən tək-tək yaradılmamışdı! Bütün canlılar daha əvvəlki əcdadından onun istifadə etmədiyi bir təbir olaraq "təkamülləşərək" (evolve), onun istifadə etdiyi təbirlə "dəyişərək" (transmutation) bu günki hallarını almışlar. Bu fərziyyəsini gücləndirmək və dəlillərlə dəstəkləmək üçün həddindən artıq çox işləməyə başladı. Sonunda bədəni inanılmaz sıxlıqdakı iş saatlarına (yoldaşının yazdığı məktublarda bəzən aralıqsız 48 saat işlədiyini izah edilməkdədir) dözə bilmədi və 1837-ci ilün sentyabrın 20-də öz təbiriylə "narahatlıq verici ürək döyüntüsü" yaşadı və həkimlər bütün işlərini buraxması lazım olduğunu söylədi. Darvin çaşmışdı çünki "işlərini buraxmaq"dan başqa hər hansı bir müalicə üsulu belə təklif etməmişdilər Bunun səbəbi bəzi elm tarixçiləri tərəfindən dövrün həkimlərinin qatı dindarlar olması olaraq görülməkdədir. Darvin və ailəsinin yaşadığı qəsəbədəki həkim də ətraflarındakı bir çox insanın olduğu kimi Darvinin düşüncələri və işlərindən xəbərdar idi və dinini təhdid etdiyini bilirdi. Bu səbəblə Darvini müalicə etmək yerinə "bütün işlərini" buraxmasını və yalnız istirahət etməsini məsləhət gördü. Bu stresdən xilas olması üçün yaxşı bir təklif olsa belə, tibbi olaraq işlərin tamamilə kəsilməsinin istənməsi ön mühakiməli bir qərar olaraq görülməkdədir və bu vəziyyət Yaradılış filmində də təsvir edilməkdədir. Xəstəliklə boğuşsa belə bir "fabrik kimi" məqalə hazırlayır və məqalələri geniş bir elm dairəsində olduqca maraq cəzb edirdi. Onsuz da Darvin bəhs etdiyimiz kimi kübar cəmiyyətin də hörmətli bir üzvü idi (hətta Geologiya Komitəsi Başçılığına seçilmişdi). Hər nə qədər digər insanlar tərəfindən Tanrıya "qarşı" olaraq qiymətləndirilən fərziyyəsi getdikcə insanları özündən uzaqlaşdırsa da elm ətrafından olan hörmətli kəslər Darvinin fikirlərinə arxa çıxdı. 1837-ci ildə London Geologiya Cəmiyyətinə bir neçə məqalə təqdim etdi və burada Çarlz Lyell ilə tanış oldu və uzun illik möhkəm dostluqları başladı. Eyni il təbiət alim Con Kould tərəfindən Qalapaqos Adalarındakı hər bir quşun bir variasyon deyil, fərqli bir növ olduqları təsbit edildi və bu Darvinə inanılmaz bir şöhrət və nəzəriyyəsi üçün möcüzəvi bir dayaq gətirdi. Beləcə, iyul ayında "növlərin dəyişməsi" ilə əlaqədar dəftərinə ilk fikirlərini köçürməyə başladı. Xəstəliyinə baxmayaraq ferma sayıla biləcək evinin bağçasındakı xüsusi daxmasında göyərçinlər üzərində işlərini sürətlə davam etdirirdi. Onları bir-birləriylə cütləşdirirdi və balalar yetkin hala gəldiklərində bəzilərini kəsərək sümük strukturlarındakı dəyişmələri müşahidə edirdi. İndiki vaxtda "süni seleksiya" dediyimiz "əhilləşdirmə" əməliyyatını da ehtiva edə və Təkamül nəzəriyyəsinin günümüzdəki ən güclü dəlillərindən biri olan metod üzərində işləyirdi. 28 mart 1838-ci ildə ilk dəfə bir "oranqutan" görmək üzrə aldığı bir dəvətlə bir zooparkına getdi. Müşahidələri nəticəsində oranqutanların olduqca insananabənzər davranışlar göstərdiyini və öz fərziyyəsi daxilində insanlarla bir əlaqəsi ola biləcəyini düşündüyünü yazdı. Sıx iş saatları və gün keçdikcə ailəsi və ətrafı tərəfindən üzərində edilən Tanrı təzyiqi getdikcə zəifləməsinə səbəb oldu. Əlləri (xüsusilə sağ əli) şiddətli bir şəkildə titrəməyə başlamışdı, mədə problemləri, dözülməz baş ağrıları vardı və ürək problemləri özünü büruzə verirdi. Xəstəliyinin nə olduğu əsla bilinmədi və müalicəsi də tapılmadı. Ancaq tez-tez konvulsiya keçirir və huşunu itirirdi. Həkimlərin tək təklifi isə hələ də "işlərini buraxması" idi. 28 sentyabr 1838-ci ildə Tomas Maltusun 1798-ci ildə yazdığı Populyasiyaların Prinsipləri Üzərinə Bir Məqalə adlı məqaləsini "həyəcanla" oxudu və eyni gün vəhşi həyat içərisində etdiyi müşahidələrin nəticəsi olaraq daha bol qidalı mühitlərdə yaşayan canlı növlərinin daha asan həyatda qaldığını və törəyərək özlərindəki bu xüsusiyyətləri bir mexanizm ilə (özü buna səhv olaraq "pangenez" adını vermişdi və indiki vaxtda genetika elmi sayəsində bu fikirin tamamilə səhv olduğunu bilirik) sonrakı nəsillərə köçürə bildiyini və beləcə hər vaxt içində olulan mühitə daha uyğun canlıların həyatda qalıb törədiyini yazdı. Bu, "təbii seleksiyanın" təməlini meydana gətirəcək olan fikir idi və Təkamül nəzəriyyəsinin də ürəyində yatan kəşf idi. 11 noyabr 1838-ci ildə əmisi qızı və uzun müddətdir (Beagle gəzintisindən əvvəlindən bəri) sevgilisi olan Emma Vedqvuda (1808-1896) evlənmə təklifi etdi. Bunda bir-birləriylə tanış edilmələrindən sonra bir-birlərinə sıxlıqla göndərdikləri eşq məktublarından ötəri Emmanın nə qədər açıq fikirli və eşq dolu olduğunu görməsi faktor bir rol oynadı. Emma Vedqvud qatı bir dindar idi və Darvinin fikirlərini "Tanrıya döyüş açmaq" olaraq görür və dəstəkləmirdi ancaq Darvinə həqiqətən aşiq idi. Emmanın bu qüvvətli inancı eşqlərinə mane olmadı. Emma Darvinin araşdırmalarının davam etdiyi bir dövrdə dərin bir kədər və çətinliklə "Darvinin bu fikirlərinin həyatda birlikdə olmalarına mane olacağını düşündüyünü" söyləmişdi. Ancaq Darvin, 1859-cu ildə Növlərin Mənşəyini nəşr etmədən əvvəl Emmadan fikirini soruşmuş və Emma da "cəhənnəmə gedəcəyiksə birlikdə gedək" deyərək kitabın nəşrini təsdiqləmiş və öz əlləriylə çapa vermişdir. Darvin bir müddət sonra fərziyyəsində "Təbii Seçmə" qəlibini açıqca istifadə etməyə və məqalələrində yazmağa başlamışdı. Bu elmi gerçəyi elm dünyasına elan etmək üzrə bir kitab yazmağa başladı. Kitabını bir neçə cild halında nəşr edəcəyi birdən çox kitabın ilk kitabı olaraq planlamışdı lakin bu planı əsla reallaşmadı. Xəstəliyi ciddiləşirdi və əl titrəmələri kitabını yazmağa mane olurdu. Üstəlik, 5 uşaq atası idi və 2 uşağı da hələ körpəykən ölmüşdü. Uşaqlarının ölümünü və canından çox sevdiyi qızı Ennidəki ciddi xəstəliyini əmi qızı olan arvadı Emma ilə olan evliliklərinə bağlayırdı və çox kritik, elmi bir səhv edib etmədiyini sorğulayırdı. Bir tərəfdən ağılında bu ölümlərin özünə bir xəbərdarlıq ya da bir cəza olduğunu düşünür, bir tərəfdən də bir elm insanına yaraşar bir şəkildə bu ölümlərin Emmanın yaxın bir qohumu olub olmamasıyla əlaqəsini sorğulayırdı. Bəlkə də bütün uşaqlarından daha çox sevdiyi qızı Enni (çünki Enni daha çox kiçik yaşında çox qatı bir elm aşiqi idi) çox ağır bir şəkildə xəstə idi və 23 mart 1851-ci ildə, 10 yaşında ikən hidroterapiya aldığı Malvern qəsəbəsində xəstəliyə məğlub olaraq öldü. Bu, Darvin üçün ağır bir zərbə olmuşdu və işlərini ciddi bir şəkildə təsir etdi. Bu ölüm Tanrıya olan sorğulamalarını artırdı və Tanrının varlığı ilə əlaqədar çox daha dərin şübhələr duymasına gətirib çıxardı. Artıq kilsəyə getməyi buraxmışdı və kökdən Xristian olan inancını tamamilə itirirdi. 3 illik bir məşğuliyyətin ardından, May 1842-də Təbii Seçmə Nəzəriyyəsi üzərinə ilk qaralama kitabını bitirdi. Bu sırada Londondakı kilsələr Darvin üzərində ciddi bir təzyiq qurmaqda idilər. İşlərindən və qaralamasından botaniklərə və zooloqlara bəhs etməkdə idi və müsbət reaksiyalar almaqda idi. 3 illik işini inkişaf etdirərək iyul ayında qaralamasını 230 səhifəlik bir məqalə halına gətirdi. Bu sırada öz adını vermədən bəzi kitablar nəşr edərək, "dəyişmə" fikirini insanlara aşılamağa başlamışdı və bu "dəyişmə" fikri (gələcəkdə Təkamül olaraq xatırlanacaq) insanlar tərəfindən maraqlı bir şəkildə müsbət qarşılandı. Bir tərəfdən, növlər üzərinə etdiyi işlər nəticəsində "Kraliyyət Qürur Mükafatı"na layiq görüldü və bir "bioloq" olaraq xatırlanmağa başlandı. 1856-dan etibarən növlərə və təbii seçməyə istiqamətli olan kitabını 230 səhifəlik məqaləsini təməl götürərək yazmağa başladı. İyun, 1858-ci ildə İndoneziyada nümunələr yığan və 2 ilini yağış meşələrində keçirən Alfred Rasl Valleysdən bir məktub aldı. Məktubda bir neçə səhifə içərisində Təbii Seçmə bu ad istifadə edilmədən izah edilməkdə idi və bu Darvini şok etmişdi. Özündən və işlərindən tamamilə müstəqil olan bir başqa adam illərdir fədakarlıqla etdiyi araşdırmalarını bir neçə səhifədə və möcüzəvi bir şəkildə yekunlaşdırmışdı. Bu məktub və Lyellin təzyiqləri nəticəsində təxmin etdiyindən çox daha az vaxtı qaldığını anlayan Darvin 28 iyun, 1858-ci ildə kiçik oğulunu da qızdırmalı bir xəstəlikdən itirməsinə baxmayaraq, "qolları çırmalamağa" qərar verdi. Müəllif haqqlarının itirilməməsi razılaşmasıyla 1 iyul 1858-ci ildə, ən yaxın yoldaşlarından olan Çarl Lyell və Cozef Huker həm Valleys, həm Darvinin məqalələrini London Linnean Cəmiyyətində təqdim etdilər. Məqalələr çox da maraq kəsb etmədi. Daha sonra Darvin 13 ayını alan fədakarl işləri nəticəsində və xəstəliyinə qalib gəlmək üçün getdiyi hidroterapiya seansları sayəsində (Ennini öldürən xəstəliyin özündən ona "keçdiyini" düşünməyə başlamışdı) bir şah əsər olan "Təbii Seçmə və ya Həyat Mübarizəsində Dəstəklənilən Növlərin Qorunması Yoluyla Meydana Gələn Növlərin Mənşəyi Üzərinə" (Qısa adları: "Növlərin Mənşəyi" ya da "Mənşə") adlı kitabını 22 noyabr 1859-cu ildə bitirdi və 24 noyabrda 1.250 ədəd nəşr edildi. Kitabın bütün nəşrləri satışa çıxarıldığı gün tükəndi. Kitabında sıxlıqla "ortaq ata" termininə müraciət etdi amma istifadə etməkdən çəkindiyi "təkamül" sözünə yer vermədi. Bu səbəbdən o zamanlardakı dəlillərlə dəstəklənilən fərziyyəsinə "Təbii Seçmə Nəzəriyyəsi" deyildi. Kitab elm dünyasına bomba kimi düşdü. Kitabın nəşr olunmasıyla insanların ikiyə ayrılması bir oldu: Bir tərəf bunun Tanrının möhtəşəm bir dəlili olduğunu söyləyirdi, bir tərəf isə bu fikirin Tanrını öldürdüyünü deyirdi. Bu bölünmə nəzəriyyəni xeyli məşhur etdi. Milyonlarla şərh və tənqid yağmağa başladı. Ancaq Darvinin xəstəliyi müzakirələrə qatılmasına və fikirlərinin arxasında dayanmasına mane olurdu. Yaxın yoldaşları və Darvini dəstəkləyən elm adamları digərlərinə "Tanrı inancını baltalamaq" kimi gələn bu nəzəriyyənin sonuna qədər arxasında dayandılar. Darvinin yaxın dostlarından Tomas Haksli əvvəl Təkamül fikirinə tam olaraq isti baxmasa da Darvinin tapıntılarını nəzərdən keçirməsiylə 1 ay kimi qısa bir müddətdə Dünyanın gördüyü ən möhkəm Təkamül müdafiəçilərindən biri halına gəldi. Hakslinin 1860-cı ildə təşkil edilən Oxford Təkamül Müzakirəsində yepiskop Samuel Vilberforsun danışması əsnasında alçaq bir şəkildə söylədiyi "Görəsən, cənab Hakslini ana tərəfindənmi, yoxsa ata tərəfindənmi meymundue?" sözlərinə verdiyi cavab Təkamül qarşısında gələcəkdə kimsənin dayana bilməyəcəyini göstərən bir dəlil olaraq tarixə keçmişdir. Uzun bir müddət Nəzəriyyədən bəhs edən Haksli nitqinin sonunda "Belə elmi bir müzakirəni bu qədər sözlərlə alçaldan bir insanın soyundan gəlməkdənsə, bir meymunun soyundan gəlməyi seçərəm" demişdi. Darvin burada da dayanmayaraq nəzəriyyəsini dəstəkləyəcək bir çox fikirlərə dair kitablar yazmağa başladı. İnsanın təkamülünə, cinsi seçməyə və daha nə qədərinə toxundu. Bu yazıları, zamanının olduqca irəlisində idi və o zamanlarda bilinən az bioloji məlumatlara görə inanılmaz dərəcədə həqiqi və doğru idi. Uzun sözün qisası, Darvin möhtəşəm bir müşahidə gücünə sahib idi və bunu istifadə edərək təbiətə incəlik və ustalıqla baxdı. Bu müşahidələriylə canlıların Tanrı düşüncəsində (Yaradılış, Ağıllı Dizayn və s.) iddia etdiyi kimi tək-tək və diqqətlə yaradılmadığını, tam tərsinə, vəhşi və mərhəmətsiz bir təbiət içərisində yalnız ən güclünün həyatda qalmasıyla bu günlərə qədər gələ bildiklərini gördü. Buna "Təbii Seçmə" adını verdi və sonralar "Təkamül Nəzəriyyəsi" olaraq adlandırılacaq və canlılığın inkişafını açıqlayan ən güclü və ən çox isbata sahib nəzəriyyənin təməlini atmış oldu. Nəzəriyyəsinin Tanrını öldürəcəyi fikirindən əsla xoşlanmadı və nəzəriyyəsini nəşr etmək mövzusunda çox böyük fikir ayrılıqları yaşadı, arvadıyla dəfələrlə mübahisə etdi, uşaqlarından uzun müddətlər ayrı qalmaq məcburiyyətində qaldı, ən yaxın yoldaşları bu "şeytani fikirlərindən" ötəri ona arxa çevirdi və tanış ətrafı olduqca daraldı. Dinin insanları bir yerdə tutan bir bağ olduğuna inanırdı və Tanrı gerçək olmasa belə insanların dinlərinin və Tanrılarının onlara güc verdiyini düşünürdü. Nəzəriyyəsi Tanrı fikirində dərin bir yara açacağından ötəri uzun bir müddət nəşr etmək istəmədi, hətta "Növlərin Mənşəyi Üzərinə" kitabını bitdiyində, qərarı çox sevdiyi arvadına buraxdı. Bu qərar Yaradılış adlı filmdə olduqca dramatik bir şəkildə işlənmişdir: Kitabı ya yanacaq, ya da nəşr ediləcəkdi. Yoldaşları həmişə arxasında dayandı və nəşr etməsi mövzusunda Darvini cəsarətləndirdi. Arvadı Emma başda dediyimiz kimi Darvinin "Tanrıya döyüş açdığını" iddia etsə və dəstəkləməsə də nəzəriyyəsini (Növlərin Mənşəyini) başdan sona oxuduğunda fikirini dəyişdirdi və nə qədər məntiqli və gerçək olduğunu gördü. Əri Darvinin özünə təqdim etdiyi variantlardan kitabın nəşrini seçdi və öz əlləriylə ərinin kitabının nəşrini təmin etdi. Bu möhtəşəm dahiliklə əlaqədar yazılması lazım olan çox şey var. Həyatı boyunca minlərlə məqalə, onlarla kitab nəşr etdi. Təbiətdə gördüyü hər şeyi möhtəşəm bir ustalıqla şərh etdi və elm dünyasına ağlasığmaz qatqılar etdi. Sonralar "Təkamül Nəzəriyyəsi" olaraq adlandırılan nəzəriyyəsi insanlığın həyata dair dünya görüşünü dəyişdirdi. İndiki vaxtda insanlar Darvini dinsiz olmaqla günahlandırırlar. "Lady Hope Story" adlı bir kitabda, "Darvin ölmədən əvvəl Xristianlığa döndü" iddiasından yola çıxaraq, Darvini fikirlərindən daşınmaqla günahlandırırlar. Ancaq indiki vaxtda Darvin Proyekti Vəqfi sayəsində bilirik ki, Darvin ölərkən də əsla dinə geri çevril etməmişdir. Arvadının məktubları, uşaqlarının əziyyətləri və tarixçilərin fədakar səyləri nəticəsində bu sənədləriylə birlikdə isbat edildi. 19 aprel, 1882-ci ildə ölümündən dərhal əvvəl; yanındakı arvadı Emmaya, "Ölməkdən əsla qorxmuram. Mənə çox yaxşı davrandınız və bunun üçün sizə təşəkkür edirəm" dediyi və həkimlərinə "Sizin tərəfinizdən müalicə ediləcəyəmsə bu, xəstə olmağa belə dəyər" dediyi bilinməkdədir. Bədəni Westminister Abbeydə, Xristian ənənələrinə görə basdırılmışdır. İzah etdiyimiz kimi qatı Xristian olaraq başlayan səfəri bir ateist olmasa belə, bir elm və təbiət aşiqi olaraq sona çatdı. Burada isə başa düşülməsi lazım olan budur: Əhəmiyyətli olan nəzəriyyəni atan adamın dini inancı deyil, nəzəriyyənin həqiqətidir. Bu, elmi bir həqiqətdir və din ilə, Tanrı ilə əlaqəsi yoxdur. Elmi həqiqət dinləri və Tanrıları çürüdə bilməz. Çünki bu anlayışlar insan ağılının bir məhsuludur və dolayısı ilə ancaq insanın içərisində düşüncələrində və xəyallarında var və ya yox ola bilərlər. Bir nəzəriyyə ya da bir məlumat bu düşüncələrə təsir edə bilər ancaq bu düşüncələrin son vəziyyəti kəslərin özləri tərəfindən təyin oluna bilər. Elmi həqiqətləri şəxsi inancları istiqamətində kimsə dəyişdirə bilməz. Lazım olsa dinlər Təkamül Nəzəriyyəsi daxilində dəyişəcək (necə ki dəyişir) amma Təkamül Nəzəriyyəsi əsla dinlərə görə dəyişiklik göstərməyəcək və çürüdülənə qədər elmi bir həqiqət olaraq qalacaq. Çünki elmin təbiətində şəxsi inanclara yer yoxdur.

Qeyd:

1) http://www.evrimagaci.org/makale/196

2) Təkamül Təlimi (Bakı 2012)

Comments


Featured Posts
Recent Posts
Archive
Search By Tags
Follow Us
  • Facebook Basic Square
  • Twitter Basic Square
  • Google+ Basic Square

Elm və Tanrı

© 2015 Bütün Hüquqlar Qorunur         

  • Facebook Clean Grey
  • Twitter Clean Grey
  • LinkedIn Clean Grey
bottom of page